"Real" onu sabiq klubuna göndərir

15:10 9 May 2018

“Real”ın futbolçusu Mateo Kovaçiç karyerasını sabiq klubu “İnter”də davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “Koryere dello Sport” nəşri yayıb. Xəbərdə “kral klubu”nda əsas heyətə düşməkdə çətinlik çəkən xorvatiyalının yayda “neradzurra”ya keçə biləcəyi qeyd edilib. Madrid təmsilçisi 24 yaşlı futbolçunu 30 milyon avrodan aşağı məbləğə satmağı düşünmür.

 

Kovaçiç 2013-2015-ci illər aralığında “İnter”in uğurları üçün çalışıb. Yarımmüdafiəçi 2015-ci ildə “Real”a transfer olunub. Xorvatiya millisinin üzvü cari mövsümdə bütün turnirlərdə 33 oyunda şans qazanıb.


Digər xəbərlər

Xəbər xətti