Dortmund "Borussiya"sında yeni baş məşqçi

15:26 9 May 2018

Fransanın “Nitsa” klubunun baş məşqçisi Lüsyen Favr mövsümün sonunda klubdan ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis yeni mövsümdən Dortmund “Borussiya”sının "sükanı arxası"na keçəcək. "Sky Germany" məlumat yayıb ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

 

İsveçrəli çalışdırıcı bu postda Peter Şteqeri əvəzləyəcək.

 

Qeyd edək ki, Favr 2016-cı ildən “Nitsa”nı çalışdırır.


Digər xəbərlər

Xəbər xətti