"Milan" Falkaonu istəyir

15:57 9 May 2018

"Monako”nun hücumçusu Radamel Falkao yayda İtaliya klubuna transfer edilə bilər.
 
Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu "Milan" heyətinə cəlb etməkdə maraqlıdı. Kolumbiyalı forvardın əvəzində "Monako"ya portuqaliyalı Andre Silva təklif olunacaq.
 
Falkao cari mövsüm Fransa çempionatında 25 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib. Andre Silva isə 23 oyunda cəmi iki dəfə fərqlənib.


Xəbər xətti