"Real" "Sevilya" ilə oyuna ikinci heyətlə çıxacaq?

16:18 9 May 2018

Bu gün İspaniya La Liqasının 34-cü turundan təxirə salınmış görüşdə “Sevilya”nın qonağı olacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan ciddi əhəmiyyət kəsb etməyən səfər görüşündə bir neçə aparıcı oyunçusuna şans verməyəcək.

 

Sportarena.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Əndəlus təmsilçisi ilə matçın iştirak ərizəsinə qapıçı Keylor Navas, yarımmüdafiəçilər Toni Kroos, İsko və Luka Modriç, həmçinin, hücumçular Kriştiano Ronaldoyla Qaret Beylin adını daxil etməyib.

 

“Sevilya” - “Real” görüşü bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Xəbər xətti