"Yuventus" darmadağınla kuboku qazandı - YENİLƏNİB

01:10 9 May 2018

Futbol üzrə İtaliya Kubokunun final oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda “Yuventus”la “Milan” klubları qarşılaşıb. Turin təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib. Nəticədə, A Seriyasında da qalib olmağa yaxın olan “Yuventus” “qızıl dubl”a imza atmaq üçün əla şans əldə edib.

 

Qeyd edək ki, bu, “qoca sinyora”nın tarixində 13-cü belə uğurdu. “Yuventus”dan sonra İtaliya Kubokunu ən çox qazanan klub “Roma”dı – 9 dəfə.

 

İtaliya Kuboku, Final

9 may

Yuventus – Milan 4:0

Qol: Benatya, 56; 64. D.Kosta, 61; Kaliniç, 76-ö/q.


Xəbər xətti