Elxan Məmmədovdan avtoqol - FOTOLAR

Sportarena.az      10 May 2018, 00:19

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” komandası arasında yoldaşlıq oyunu keçirilib.


Sportarena.az xəbər verir ki, “Bayıl Arena”da keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib. Topa ilk toxunuşu AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və veteran hakim Rüstəm Rəhimov edib.

 

Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi “Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə məğlub edib.

 

Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurub. “Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müsfiq Hüseynov və Elxan Məmmədov olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin