“Neftçi”də prezident təyinatından bəri qalmaqallar bitmək bilmir.
Sportarena.az xəbər verir ki, növbəti xoşagəlməz hadisə Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ”la qarşılaşmadan sonra yaşanıb.
Bakılıların qalib gəldiyi (1:0) görüşün ardından klub prezidenti Kamran Quliyev sevincək halda paltardəyişmə otağına daxil olub. Quliyevin rus dilində “afərin uşaqlar, mükafat olacaq” deməsindən sonra ilk reaksiya müdafiəçi Kirill Petrovdan gəlib.
Onlar arasında münaqişə böyümədən aradan qaldırılıb.
Məsələ ilə bağlı Kamran Quliyevin də münasibətini öyrənmək istədik. Amma klub prezidenti danışmaq istəmədi və bununla bağlı mətbuat xidmətinə müraciət etməyimizi bildirdi. Halbuki, Anar Şabanoğlunun istefasından sonra hazırda klubun mətbuat xidməti vəzifəsi boşdu.
Qeyd edək ki, “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kirill Petrov yayda ayrılmaq fikrindədi. (Apasport)