Pirlo İtaliya millisində çalışacaq

17:29 10 May 2018

Futbolçu karyerasını başa vurmuş Andrea Pirlo İtaliya millisinin məşqçilər korpusunda çalışacaq.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəsis baş məşqçinin köməkçisi olacaq. İtaliya Futbol Federasiyasının onunla 9 maydan danışıqlara başladığı deyilir.

 

"Mavi eskadra"nın baş məşqçisi postuna Antonio Konte və Roberto Mançini əsas namizədlərdir. Ötən həftə İtaliya mətbuatı Mançininin baş məşqçi təyin olunacağını yazmışdı.


Xəbər xətti