Ronaldo serial çəkəcək?

17:45 10 May 2018

Ulduz futbolçu Kriştiano Ronaldo futboldan bəhs edən serialın rejissoru olacaq.

 

Sportarena.az xəbər verir ki, “Facebook Watch” sosial platforması gənclərin futbola olan marağını artırmaq üçün serial çəkəcək. Serial Nyu-Yorkun ətrafında kiçik bir qəsəbədə çəkiləcək və qızlardan ibarət futbol komandasının başına gələn maraqlı hadisələrdən bəhs olunacaq. Beləliklə, serialın süjet xətti ilə izləyicələrə futbolun irq, sinif, etnik mənsubiyyət kimi fərqlərdən asılı olmadığı sübut olunacaq.

 

Portuqaliyalı futbolçu Ronaldo isə serialın rejissorlarından biri olacaq və futbol kariyerasından təcrübələrini gənclərlə bölüşəcək.

 

Qeyd edək ki, hələlik serialın aktyor heyyəti ilə bağlı məlumat yoxdur.


Xəbər xətti