Millimizin rəqibində yeni baş məşqçi

10:16 11 May 2018

Futbol üzrə Azərbaycan milli komandası ilə yoxlama oyununda üz-üzə gələcək Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda finlandiyalı Miksu Paatalaynenə tapşırılıb.

 

51 yaşlı mütəxəssislə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonunadək ilkin müqavilə imzalanıb. Latviya yığması öz qrupunda birinci yeri tutsa, Paatalaynenlə sövdələşmənin müddəti avtomatik olaraq AÇ-2020-nin seçmə mərhələsinin sonunadək uzadılacaq.

 

Yeni baş məşqçi bu vəzifədə aprelin 3-də istefaya göndərilmiş Aleksandr Starkovu əvəz edəcək.


Digər xəbərlər

Xəbər xətti