Neymar "Real"a keçmək istəyir

12:53 11 May 2018

PSJ-nin hücumçusu Neymar yayda komandasını dəyişmək istəyir.

 

Sportarena.az "Marca" nəşrinə istinadən xəbər verir ki, braziliyalı ulduz rəhbərlikdən onu "Real"a buraxmağı xahiş edib. Futbolçunun atası bu barədə klub bossları ilə söhbət aparıb.

 

İspaniya mətbuatı Neymarın Paris klubuna keçməklə səhvə yol verdiyini və artıq dekabrda "Real"a getmək qərarına gəldiyini yazır. "Sambaçı"nın gedişi məsələsi Qətər əmiri Təmim bin Həmad əl-Tani ilə müzakirə olunacaq. Ərəblər bunu prestij məsələsi kimi qiymətləndirirlər. Transfer 260-300 milyon avroya başa gələ bilər. Neymarın məvacibi isə ildə 40 milyon avro ola bilər.


Xəbər xətti