Salahdan transfer açıqlaması

14:46 11 May 2018

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, adı “Real”la hallanan misirli futbolçu hazırkı komandasında qalacağını açıqlayıb. Özünü “Liverpul”da xoşbəxt hiss edən 25 yaşlı oyunçu ingilis klubu ilə yeni uğurlar qazanmaq istədiyini söyləyib:

 

“Liverpul”da hər şey məni qane edir, burada özümü xoşbəxt hiss edirəm.  Bu komanda ilə birlikdə gələcəkdə yeni hədəflərim var. Mükəmməl bir mövsüm keçiririk. Çempionlar Liqasının finalındayıq. Hamımız çox həyəcanlıyıq”.


Qeyd edək ki, Salah mövsümün əvvəlində “Roma”dan “Liverpul”a keçmişdi.


Digər xəbərlər

Xəbər xətti