Səlahət Ağayev: "Avrokuboklara vəsiqə qazanmaq istəyirik” - AÇIQLAMA + VİDEO

15:04 11 May 2018

“Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, qolkiper növbəti turda üz-üzə gələcəkləri “Səbail”lə oyunla bağlı fikirlərini bildirib:

 

“Qarabağ” üzərindəki qələbədən sonra komandada əhval-ruhiyyə daha da yaxşıdı. Məşqçilər korpusu və futbolçular daha həvəslə çalışırlar. “Səbail”lə oyunda bizə qələbə lazımdı. Bizim üçün ən vacib oyunlardan biridi. “Səbail”lə matçda qələbə qazansaq, avrokuboklara daha da yaxın olacağıq. Çempionatda asan komanda yoxdu, oyunlarımızın hamısı çətin keçir. Asan qələbə qazanacağımıza inanmıram. 100 yox, 200 faiz gücümüzü meydanda qoymalıyıq ki, qələbə qazanaq. Əlimizdən gələnin ən yaxşısını edib, avrokuboklara vəsiqə qazanmaq istəyirik”.

 

Qeyd edək ki, “Neftçi” - “Səbail” oyunu sabah saat 19:00-da başlayacaq. “Ağ-qaralar”ın ev oyunlarını keçirdiyi 8-ci km stadionu təmirə bağlandığından, matç Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti