"Marafon" "gümüş" qazandı

15:50 11 May 2018

Bu gün Yüksək Liqada 22-ci turdan təxirə salınmış oyun keçirilib. 

 

Sportarena.az xəbər verir ki, "Olimpik Star"da baş tutan matçın fasiləsinə komandalar 3:3 hesablı heç-heçə ilə yollanıb. İkinci hissəyə qolla başlayan “Marafon Futsal” Elyasla hesabı lehinə dəyişdirib. Ancaq rəqib ardıcıl 2 qol vurmaqla üstünlük qazanıb. Lakin üstünlüyünü sona qədər qoruya bilməyən nominal qonaqlar mövsümü heç-heçə ilə başa vurub. Qazanılan 1 xal sayəsində “Marafon Futsal” gümüş medalları təmin edib.

 

Futzal üzrə Yüksək Liqa, 22-ci turdan təxirə salınmış oyun

11 may

Marafon Futsal - FK.İtaldizain .Futsal (3:3) 5:5
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Hikmət Qafarlı
Hakim-inspektor: Şahin Cəfərov
Qol: S. Goodarzi, 3:38, İ. Hacıyev, 7:07, 36:51, T. Əliyev, 9:25, E. Barati, 22:44 - A. Əzimov, 5:42, 29:20, R. İbrahimzadə, 6:49, H. Khodaei, 15:57, E. Quliyev, 27:16 (pen.)
Sarı vərəqə: R. Bağırzadə, 27:14

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 23 20 2 1 143-34 62
2 Marafon Futsal 23 15 2 6 101-51 47
3 EKOL 23 14 2 7 100-63 44
4 İtaldizain Futsal 24 9 6 9 105-79 33
5 Neftçi İK 23 8 5 10 67-65 29
6 Yasamal 23 5 1 17 67-147 16
7 Xəmsə 23 0 2 21 49-193 2

 

Bombardir: Tiaqo Teles Bolinya (Araz) - 34 qol 


Xəbər xətti