AFFA "Zirə"nin stadionunun ot örtüyünü dəyişəcək

16:03 11 May 2018

Zirə İdman Kompleksinin stadionunun süni örtüyü dəyişdiriləcək.

 

Sportarena.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlayıb. O, "Zirə"nin ev oyunlarını keçirdiyi meydançaya təbii ot örtüyünün salınacağını bildirib. AFFA-nın vəsaiti hesabına görüləcək işlər iyulda başlayacaq. 


Məmmədov "Zirə"nin stadionundakı işlər tamamlandıqdan sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Arena"nın meydançasına təbii ot örütüyünün salınacağını bildirib.


Digər xəbərlər

Xəbər xətti