"Qəbələ" "gümüş"ə yiyələndi, "Neftçi" Avroliqanın bir addımlığında - YENİLƏNİB

20:55 12 May 2018

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün görüşləri bu gün baş tutub. Günün ilk matçında artıq çempionluğu təmin etmiş "Qarabağ"la Premyer Liqada heç bir iddiası qalmayan "Keşlə" üz-üzə gəlib. Ağdam klubu Yuri Maksimovun komandasına gözlənilmədən 0:3 hesabı ilə məğlub olub.

 

Digər üç oyun isə Avroliqaya vəsiqə baxımından əhəmiyyət kəsb etdiyindən eyni vaxtda başlıb. "Sumqayıt" "Qəbələ" uduzmaqla işini çətinə salıb. "Qırmızı-qaralar" isə gümüş medalları təmin edib. 

 

Avroliqa uğrunda mübarizəni davam etdirən "Neftçi" "Səbail"i 3:1 hesabı ilə məğlub etməklə üçüncü sıraya yüksəlib. "Ağ-qaralar" sonuncu turda 1 xal qazanarsa, Avropa Liqasına yollanacaq. "Zirə" də qələbə qazanıb. Qəsəbə komandası "Kəpəz"i məğlub edib. 

 

Topaz Premyer Liqası, 27-ci tur

12 may

17:00 Keşlə - Qarabağ 3:0

Qollar: Andre Klennon, 4. Pərdis Fərcad-Azad, 8. Slavik Alxasov, 16.
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov 
Bakı. “İnter Arena”

 

19:00 Sumqayıt - Qəbələ 0:2

Qol: Baqali Dabo, 37. Cavid Hüseynov, 88.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu

 

19:00 Neftçi - Səbail 3:1

Qol: Namiq Ələsgərov, 33. Rəhman Hacıyev, 37. Lukas Qomes, 80 - Yevgeni Koçuk, 84
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “Dalğa Arena”

 

19:00 Zirə - Kəpəz 2:1

Qol: Riçard Qadze, 41. Tellur Mütəllimov, 74. - Şəhriyar Rəhimov, 45+1-p.

Qırmızı vərəqə: Milan Duriç, 8 - Kamran Abdullazadə, 74.
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Zirə. İdman kompleksinin stadionu


Digər xəbərlər

Xəbər xətti