Braziliya millisində ciddi itki

13:12 12 May 2018

Braziliya yığması DÇ-2018 ərəfəsində olduqca ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, yığmanın PSJ-də oynayan futbolçusu Dani Alveş DÇ-də iştirak edə bilməyəcək. Müdafiəçi ağır zədə alıb. Onun diz bağlarının zədələndiyi bildirilir. Alveş Fransa kubokunun finalında zədələnib. Müayinədən sonra məlum olub ki, Alveşin DÇ-yə qədər zədəsini bərpa etmək şansı olduqca azdı.

 

Dani Alveş Braziliya yığmasında 100 oyun keçirib, 7 qol vurub.


Digər xəbərlər

Xəbər xətti