Qurban Qurbanov: "0:3 hesabıyla uduzmaq istəməzdik"

Sportarena.az      12 May 2018, 20:18

"Qarabağ" Topaz Premyer Liqasının 27-ci turunda səfərdə "Keşlə"yə 0:3 hesabıyla məğlub olub.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Bu oyun barədə fikirlərim neqativdi. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Burda səhvlərimiz nə idi, açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq. Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabıyla uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin