Samir Abasov od püskürdü: "Neftçi"yə niyə belə şərait yaradırlar?

22:47 12 May 2018

Topaz Premyer Liqasının 27-ci turunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Oyun meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, görüşdən sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov matç haqda fikirlərini bölüşüb:

 

- Nə deyəcəyimi bilmirəm. Belə oyunlarda istək lazımdı. Topla birlikdə qapıya girmək lazımdı, qorxmaq lazım deyil. Səviyyə fərqi öz sözün dedi. Əksər oyunlarda dominantlıq edirik, topa yiyələnirik. Bunların hamısı oyunçulardan istədiyim şeylərdi. Ancaq mən futbolçuların keyifiyyətinə heç nə edə bilmərəm. Bu yaşda oyunçuya adi ötürmə verməyi öyrədə bilmərəm. Bu komandanın siyasəti dəyişməlidi. "Beşinci yeri tutsaq, əla" deyənlər olacaqsa, uğur qazanılmayacaq. Mən legioner istəyirəm, mənə bunları versələr, özlər görəcəklər ki, bu oyunçularla hara gedib çıxacam. Mən bu yaşda axı oyunçuya fərdi keyfiyyətləri necə öyrədim? Hücum vaxtı oyunçu bilməlidi ki, irəli getmək lazımdı. Heyf ki, Dabomuz, Monrozumuz, Almeydamız yoxdu. Çox təssüf... Bizim yaratdığımız epizodları Almeyda, Monroz, Dabo kimi oyunçular vursaydı, bəlkə də oyunları böyük hesabla başa vurardıq.

 

- "Beşinci yeri tutsaq, əla!" deyənlər kimlərdi?

- Kamran müəllim, bizim prezidentimiz, mövsüm əvvəli dedi ki, bizim məqsəd 6-cı yerdi. Mən etirazımı bildirdim. Oynacağıq, mübarizə aparacağıq, dedim. Ancaq meydanda oynayan mən deyiləm, komandanın taleyini də mən həll edə bilmirəm.

 

- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?

- Mən düşündüm ki, "Səbail" niyə oyuna çıxdı? "Neftçi"yə niyə belə şərait yaradırlar? Mən demirəm, "Neftçi"yə kömək edirlər, ancaq görünən odu. Düşünün ki, "Xəzər" birinci divizonda çempion oldu, ancaq Premyer Liqaya vəsiqə qazana bilmədi. Nəticə olaraq, son turda uduzdu, necə uduzmasın? "Kəpəz"in Premyer Liqada oynamayacağını dedilər. İndi Gəncədə "Kəpəz" "Neftçi" ilə niyə oynasın? İki turdan sonra nə qərar verirsiz, verin də! Bu vaxta qalmışdı? Niyə belə kritik vaxtda belə vacib qərarlar verirsiz? Olmaz axı, bu qədər də olmaz.

 

- Hazırki durumdan sonra komandaya necə motivasiya verəcəksiz?

- Avroliqaya düşmək, bu motivasiya deyilmi? Düş o turnirə bütün Azərbaycan sənə baxsın, bundan artıq necə motivasiya vermək olar? İndi rəhbərliyimiz əlindən gələni edir, bacarmadığını da edir. Ancaq nəticə dəyişmir.


Digər xəbərlər

Xəbər xətti