Stiven Monroz: "Gələn il qızıl medalı da qazanacağımıza inanıram"

01:16 13 May 2018

Topaz Premyer Liqasının 27-ci turunda "Sumqayıt" - "Qəbələ" matçınan sonra (0:2) qonaqların futbolçusu Stiven Monroz junalistlərin suallarını cavablandırıb:

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Liqanın birincisi artıq məlumdur. Bizim də birinci olma şansımız vardı, lakin birinci dövrənin sadə oyunlarında məğlub olduq.Bu da bizim qızıl medaldan məhrum etdi. Lakin gümüş medal da heç pis nəticə deyil. Gələn il qızıl medalı da qazanacağımıza inanıram. 

 

- Gələn il Monroz "Qəbələ"də olacaqmı? 

- "Qəbələ"ni sevirəm. Gələn il də davam edəcəyəm. Çünki müqavilə müddətim 2 ildi və mənim 1 ilim tamam olub. 

 

- Qarşıda kubok finalı var. Əgər bu kuboku qazana bilməsəniz, bunu faciə kimi qəbul edək? 

- Xeyr, bu heç də faciə deyil. Oyun çətindi lakin qələbə imkansız deyil. Mənim dövrümdə heç kubok sahibi olmamışıq. Düşünürəm ki,bu oyunda qalib gələcəyik. 


Xəbər xətti