Araz mövsümü bürünc medalla başa vurdu

10:16 13 May 2018

Futbol üzrə Kipr çempionatında mövsümün sonuncu - 36-cı turunun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də son matçına çıxıb. Sözügedən kollektiv səfərdə Nikosiya APOEL-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Araz da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 62-ci dəqiqəsində meydana buraxılıb.

 

Bununla da 69 xala malik Famaqusta təmsilçisi mövsümü üçüncü pillədə başa vurub. Kipr çempionatının bürünc medallarını qazanan Arazın komandası növbəti mövsümdən Avropa Liqasında mübarizə aparmaq hüququna da yiyələnib.


Digər xəbərlər

Xəbər xətti