Salah Premyer Liqanın ən yaxşısı seçildi

Sportarena.az      13 May 2018, 17:21

İngiltərə Premyer Liqasında 2017-2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu ada “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb. Misirli futbolçu xüsusi ekspert qrupu, Premyer Liqa klublarının kapitanları və azarkeşləri arasında keçirilən səsvermədə “Mançester Yunayted”dən David de Xea, “Tottenhem”dən Harri Keyn, “Mançester Siti”dən Kevin de Bröyne, Rahim Sterlinq və “Börnli”dən Ceyms Tarkovskini qabaqlayıb.

 

Salah bundan öncə İngiltərə Futbol Yazarları Assosiasiyası və İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilmişdi.

 

Qeyd edək ki, bu mövsüm “Liverpul”un heyətində ümumilikdə 50 oyuna çıxan 25 yaşlı futbolçu 43 qol vurub və 15 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin