Nazarov mövsümdəki son matçında uduzdu

Sportarena.az      13 May 2018, 22:19

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də 2017/18 mövsümündə sonuncu matçına çıxıb. Sözügedən komanda 34-cü tur çərçivəsində səfərdə “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

 

“Ersgebirge” mövsümü 40 xalla 18 klub arasında 16-cı pillədə baş vurub. Bu isə o deməkdi ki, Nazarovun komandası 2-ci Bundesliqada qalmaq üçün 3-cü Bundesliqada 3-cü pilləni tutmuş “Karlsrue” ilə pley-off oyunları keçirməlidi. Bu oyunlarda məğlub olacağı halda, Aue klubu aşağı liqaya düşəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin