Salah Premyer Liqada tarix yazdı - Yeni rekorduyla

10:19 14 May 2018

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, çempionatın sonuncu – 38-ci turunun “Brayton”la hazırda davam edən oyununda fərqlənən misirli futbolçu qollarının sayını 32-yə çatdırıb. “Liverpul”un rəsmi Tvitter səhifəsi yazıb ki, o, bununla da İngiltərə Premyer Liqası tarixinin ən çox qol vuran futbolçusu kimi tarixə düşüb. O, 32 qolu 36 oyunda vurub. Bundan başqa, misirli oyunçu 10 qolun ötərməsini də edib.

 

Qeyd edək ki, buna qədər Salah 31 qolla Alan Şirer (1993-1994), Kriştiano Ronaldo (2007-2008) və Luis Suareslə (2013-2014) birgə rekorda şərik idi.


Digər xəbərlər

Xəbər xətti