Avropa çempionatının son günüdə qızıl medal

10:36 14 May 2018

Rusiyanın Kazan şəhərində keçirilən taelvando üzrə Avropa çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, yarışın son günü dünya çempionu, Avropa çempionu, Avropa Oyunlarının qızıl mükafatçısı, Olimpiya çempionu, İslam Oyunalrının qalibi, dünya kubokunun ikiqat sahibi Radik İsaev növbəti dəfə qitə çempionu olub. Rəqibləri olan yunan idmançı Atanasios Nikoladis, rusiyalı Yuri Kiriçenka və Roman Kuznetsovu məğlub edən komandamızın üzvü fəxri kürsünün qızıl pilləsinə qalxıb.

 

Beləliklə, millimiz bu Avropa çempionatında üçüncü medalını qazanıb. Xatırladaq ki, yarışın ilk günü Patimat Abakarova, daha sonra Milad Beigi Hərçəqani bürünc medla sahib olmuşdu.


Xəbər xətti