"Kəpəz" "Turan"ı tərk qoymadı - 400-ə çatmaqla

12:47 14 May 2018

“Kəpəz” Azərbaycan çempionatlarında keçirdiyi səfər oyunlarında 400-cü qolu buraxıb. 

 

Sportarena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 27-ci turuna təsadüf edib. “Zirə”yə 1:2 hesabı ilə uduzan Gəncə təmsilçisinin buraxdığı ikinci qol yubiley xarakterli olub. Qərblilərin 282-ci səfər matçında qeydə alınan bu qola 75-ci dəqiqədə Tellur Mütəllimov imza atıb.

 

“Kəpəz” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol buraxan 2-ci komandadı. Yalnız “Turan” daha çox - 432 qola üzülüb.


Digər xəbərlər

Xəbər xətti