İsrail klubu adını dəyişdi - Trampa görə

16:27 14 May 2018

İsrailin "Beytar" klubu adını dəyişdirib.

 

Sportarena.az xəbər verir ki, klub rəsmən "Beytar Tramp Yerusalem" adlanacaq. Bu ad ABŞ prezidenti Donald Trampın şərəfinə götürülüb. O, bir neçə ay öncə ərəb və yəhudilərin birlikdə yaşadığı Qüds şəhərini İsrailin paytaxtı kimi tandığını bildirmişdi. Şəhəri təmsil edən Beytar bu yolla Trampa minnətdarlığını bildirib.

 

Sözügedən klub 6 qat İsrail çempionudur. Bu mövsüm liqada 2-ci yeri tutan komanda növbəti mövsüm Avropa Liqasına vəsiqəni təmin edib.


Digər xəbərlər

Xəbər xətti