"Atletiko"nun futbolçusu "Qarabağ"ın onlara verdiyi dərddən danışdı

17:29 14 May 2018

İspaniyanın "Atletiko" komandasının futbolçusu Saul Nyiges Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırlayıb.
 
Sportarena.az xəbər verir ki, bua barədə 24 yaşlı futbolçu yerli "El Mundo" nəşrinə müsahibəsində danışıb. 
 
O, Ağdam təmsilçisi ilə görüşdə uğursuz çıxış etdiklərini vurğulayıb:
 
"Bizim üçün həyati vacib iki oyunda "Qarabağ"a qarşı uğursuz çıxış etdik. Buna görə özümüzü məyus hiss etməyimiz normaldır. Üstün durumda olmağımıza baxmayaraq, uğur qazana bilmədik. Amma biz uğursuzluğa bəhanə gətirmədik. Buna görə də Avropa Liqasına düşəndə hamımız belə qənaətdə olduğumuzu dedik: "Bu yarış bizə çox şey verdi və heç də kiçik bir şey deyil". Budur, artıq biz buradayıq". 
 
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəkı "Atletiko" ilə hər iki oyunu heç-heçə başa çatıb. Ağdam təmsilçisi Bakıdakı görüşdən qolsuz, Madriddəki qarşılaşmadan isə 1:1 hesablı nəticə ilə ayrılıb. Nəticədə C qrupunda 3-cü yeri tutan "Atletiko" mübarizəni Avropa Liqasında davam etdirib və finaladək irəliləyib. Mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək həlledici qarşılaşmada rəqib "Marsel" olacaq. 


Xəbər xətti