Tevez karyerasını bitirəcəyi vaxtı açıqladı

20:21 14 May 2018

Argentinalı futbolçu Karlos Teves karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, hazırda “Boka Xuniors”un şərəfini qoruyan Teves, “Canal 13”-ə açıqlamasında klubla müqavilə müddəti bitdikdə butslarını mismardan asacağını bildirib:

 

“Boka” ilə müqavilə müddətim başa çatdıqdan sonra karyeramı bitərəcəm. Dərhal məşqçi və ya klub funksioneri olmaq fikrim yoxdu. Buna hazırlaşmaq üçün vaxt lazımdı. Niyə belə qərar verdim? Çünki daha başqa komandaya getmək istəmirəm. Başqa bir kluba getməyəcəm və karyeramı “Boka”nın formasında bitirəcəm”.

 

Karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi klublarda top qovmuş 34 yaşlı futbolçunun “Boka Xuniors”la müqavilə müddəti 2019-cu ilin 31 dekabrında bitəcək.


Digər xəbərlər

Xəbər xətti