PSJ yeni baş məşqçisinin adını açıqladı

21:49 14 May 2018

PSJ-nin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Tomas Tuhellə 2 illik müqavilə imzalanıb. O, 2017/2018 mövsümü başa çatdıqdan sonra Paris təmsilçisində işinə başlayacaq.

 

PSJ hazırkı baş məşqçisi Unai Emeri mövsümün sonu klubdan ayrılacağını açıqlamışdı.

 

Qeyd edək ki, Tuhel bundan əvvəl "Maynts" və Dortmund "Borussiya"sında baş məşqçili edib.


Xəbər xətti