İtaliya millisinin yeni baş məşqçisi o oldu - RƏSMİ

10:18 15 May 2018

Roberto Mançininin İtaliya millisinə baş məşqçi təyinatı rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, Mançini federasiya ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmasa da, daha əvvəl Mançinin 2 illik müqavilə imzalyacağı və ilinə 2 milyon avro qazanacağı haqda xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub.


Xəbər xətti