DÇ-2018-də iştirak edəcək hakim həbs olundu, futboldan ömürlük uzaqlaşdırıldı

10:33 15 May 2018

Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük cəzalandırıb. 

 

Sportarena.az xəbər verir ki, buna səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirak etməsidi. Ərəbistan kubokunun finalında oyun gedərkən matçdan kənarlaşdırılan referi finalçı komandalardan birinə məktub yollayaraq nəticəni onların xeyrinə həll etmək üçün kömək vəd edib. Hazırda 33 yaşlı baş hakim həbsdədi. 


Qeyd edək ki, Əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda 3-cülük oyununda və Rio-2016 Olimpiadasında hakimlik edib. 


Digər xəbərlər

Xəbər xətti