Araz Abdullayev “Anortosis”dən ayrıldı

11:59 15 May 2018

Millimizin üzvü Araz Abdullayev icarə əsasında çıxış etdiyi Kiprin “Anortosis” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, icarə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni müqavilə bağlanmayıb. Bu barədə məlumatı Kipr mətbuatı yayıb.

 

Qeyd edək ki, müqavilə ilə “Qəbələ”yə məxsus olan 26 yaşlı futbolçu mövsümün əvvəlində “Anortosis”ə icarəyə verilmişdi. Araz cari mövsümdə şans qazandığı 34 oyunda 3 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti