“Zirə” və “Səbail”in futbolçuları Ermənistanla oyuna çağırıldı

12:14 15 May 2018

“Zirə”nin futbolçusu Aleksandr Dedov və “Səbail”in üzvü Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Moldova Futbol Federasiyasının saytı yayıb. Hər iki yarımmüdafiəçinin adı yığmanın Konqo və Ermənistanla yoxlama oyunları üçün açıqlanmış heyətə daxil edilib.

 

Moldova millisi Konqo ilə mayın 31-də, Ermənistan yığması ilə isə iyunun 4-də üz-üzə gələcək. Hər iki oyun Avstriyada baş tutacaq təlim-məşq toplanışı çərçivəsində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti