"Barselona" İniestanın vida oyunu üçün xüsusi forma hazırladı - FOTO

14:30 15 May 2018

"Barselona" yarımmüdafiəçisi Andres İniestanın vida oyununun şərəfinə forma hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, formanın arxasındakı 8 rəqəmi sonsuzluq işarəsi formasında göstərilib.

 

Qeyd edək ki, mayın 20-i "Real Sosyedad"a qarşı keçiriləcək matç İniestanın Kataloniya təmsilçisindəki son görüşü olacaq.


Xəbər xətti