"Barselona" "Trabzonspor"un gənc futbolçusunu istəyir

16:46 15 May 2018

“Barselona” “Trabzonspor”un gənc futbolçusu Abdulkadir Ömürün xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə katalonların 18 yaşlı futbolçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib. Qaradəniz təmsilçisinin Ömürə 30 milyon avro qiymət qoyduğu, “Barsa”nın rəsmi təkliflə müraciət edəcəyi təqdirdə, bu rəqəmi bir az daha qaldıra biləcəyi vurğulanıb.

 

Abdulkadir “Trabzonspor”un yetirməsidi. Futbolçu cəmi 16 yaşında əsas komandaya cəlb edilib. Yarmmüdafiəçi Super Liqanın cari mövsümündə meydana çıxdığı 28 oyunda 3 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti