Yüksək Liqada da mövsüm başa çatdı

17:17 15 May 2018

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2017/18 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun oyunları Bakı İdman Sarayında keçirilib. Autsayder “Xəmsə” çempion “Araz”la görüşə çıxmadığı üçün tur çərçivəsində 3 yox, 2 qarşılaşma baş tutub.

 

“Xəmsə”nin baş tutmayan oyunu ilə bağlı qərarı İntizam Komitəsi verəcək.

 

Futzal, Yüksək Liqa, 28-ci tur

15 may

Neftçi İK - Marafon Futsal 8:8
Qollar: V.İsayev, 25:02, T.İsmayılov, 27:00, 33:20, 37:46, R.Balakişiyev, 28:50, 30:33, 35:43, T.Qurbanov, 38:13 - R. Sultanov, 7:25, 35:34, O.Talebi, 9:52, 26:14, S.Məmmədov, 15:02, İ.Hacıyev, 28:39, 32:40, E.Barati, 33:10
Sarı vərəqə: S. Məmmədov, 39:19

 

EKOL - Yasamal İK 7:5
Qollar: Ə.Ələsgərli,10:39, N.Məmmədkərimov, 14:45, 26:45, 36:10, S.Məstiyev, 18:12, S.Həmzəyev, 27:11, Z. Fərziyev, 36:41 - O.Oraz, 10:18, 24:40, T.Lətifov, 26:10, V.Vorobyov, 31:05, 37:54
Sarı vərəqələr: M. Şahsuvari, 9:02, T. Lətifov, 26:54

 

1. Araz                   23 20 2 1 143-34  62
2. Marafon Futsal   24 15 3 6 109-59  48
3. EKOL                 24 15 2 7 107-68  47
4. İtaldizain Futsal  24 9 6 9 105-79   33
5. Neftçi İK             24 8 6 10 75-73    30
6. Yasamal             24 5 1 18 72-154  16
7. Xəmsə               23 0 2 21 49-193   2

 

Bombardir: Tiaqo Telez Bolinya (“Araz”) - 34 qol


Digər xəbərlər

Xəbər xətti