Van Persi yeni mövsümdə hansı klubun formasını geyinəcək?

18:31 15 May 2018

“Feyenoord” hücumçusu Robin Van Persi ilə yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, Rotterdam təmsilçisi 34 yaşlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddətini 2019-cu ilin yayına kimi uzadıb. Bu barədə məlumatı “Feyenoord” klubunun mətbuat xidməti yayıb.

 

Qış fasiləsində “Fənərbaxça”dan ayrılaraq “Feyenoord”la anlaşan Van Persi, Erediviziyada mövsümün ikinci yarısında şans qazandığı 12 oyunda 5 qol vurub, 1 məhsuldar ötürməyə imza atıb.


Xəbər xətti