"Atletiko" Avropa Liqasının qalibi oldu - YENİLƏNİB

00:38 17 May 2018

Bu gün Avropa Liqasının 2017/18 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Fransada, “Stad de Lion”da keçiriləcək həlledici oyunda “Marsel” (Fransa) və “Atletiko” (İspaniya) münasibətlərinə aydınlıq gətirilib. Madrid klubu 3:0 hesablı inamlı qələbə qazanaraq Avroliqanın qalibi olub.

 

“Marsel” qitənin ikinci dərəcəli klub turnirində üçüncü dəfə finalda uduzub. Bu vaxta kimi iki dəfə Avropa Liqasının qalibi olmuş Madrid klubu isə 3-cü dəfə kuboka yiyələnib.

 

Cari avrokubok mövsümünə Çempionlar Liqasında başlayan “hindular” “Qarabağ”ın da yer aldığı qrupu gözlənilmədən üçüncü pillədə başa vuraraq, Avroliqaya göndərilmişdi. Madrid təmsilçisi məhz qitənin ikinci dərəcəli klub turnirini qazanmaqla, bu uğursuzluğu unutdurmaq niyyətində idi.

 

Qeyd edək ki, "Atletiko"nun qələbəsi sayəsində İspaniya Çempionlar Liqasında 5 klubla təmsil olunmaq hüququna yiyələnib.

 

Avropa Liqası, final

16 may

22:45 Marsel - Atletiko 0:3
Qol: 
Qrizmann, 21; 49. Qabi, 89.

Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yer: Lion. “Stad de Lion”


Digər xəbərlər

Xəbər xətti