Türki futbolçu Ərdoğanın dəvətini niyə rədd edib?

Sportarena.az      16 May 2018, 12:17

İngiltərədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Liverpul”un şərəfini qoruyan türk əsilli alman futbolçu Emre Cana dəvət göndərib.

 

Sportarena.az xəbər verir ki, futbolçu bu dəvəti qəbul etməyib. Bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb. Xəbərə görə, Cenk Tosun, İlkay Gündoğan və Mesut Özil kimi futbolçuların qatıldığı gecənin bir dəvətnaməsi də Emre Cana göndərilib. Ancaq futbolçu Ərdoğanla görüşməyi qəbul etməyib.

 

Qeyd edək ki, İngiltərədə Türkiyə prezidenti ilə görüşən alman əsilli futbolçular M.Özil və İ.Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən sərt tənqid edilmişdi.

 

Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel isə tvitterdən verdiyi açıqlamada sözügedən görüşün Almaniya dəyərlərinə qarşı olduğunu bildirmişdi:

 

“Mesut və İlkayın prezidentlə görüşməsi bir seçki təxribatıdır. Öz oyunçularımızın şəxsi işlərinə, əlbəttə, hörmətlə yanaşırıq. Ancaq Almaniya Futbol Federasiyası olaraq cənab Ərdoğanın hörmət göstərmədiyi dəyərlərimizə sahib çıxacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin