AFFA-dan Samir Əliyevə ağır cəza

12:35 16 May 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın və əvəzedici heyətlərin son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” - “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

 

Premyer Liqanın 27-ci turunun “Zirə” - “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 3200 manat cərimə olunur. Oyunun 80-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti