Sabiq "Fənərbaxça"lı Hadisəyə "ilişdi": "Ərəb atlarına oxşadı" - FOTO

Sportarena.az      16 May 2018, 12:51

"Fənərbahçe"nin keçmiş futbolçusu Serhat Akının müğənni Hadisə haqqında dediyi sözlər qalmaqala səbəb olub.

 

Sportarena.az xəbər verir ki, futbolçunun bir neçə gün öncə Hadisə haqda "Əvvəllər çox çirkin olub. Heç bəyənmirdim onu. Sonradan açıldı. Ərəb atlarına oxşadı" deməsi həm sənətçini, həm də onu sevənləri qəzəbləndirib.

 

Hadisə İnstaqram hesabında Serhata belə cavab verib:

 

"Mən susduqca şiddət çoxalır. Həmin insanlara görə çox utanıram. Təsəvvr edin, bir ata sənəti haqda deyil, başqa qadın haqda dediyi sözlərlə gündəmə gəlir. İnanıram ki, onun həyat yoldaşı da buna görə xəcalət çəkir. Bəli, mənim atam kasıb adam olub. Bahalı paltarlar geyinməmişəm, lüks villalarda yaşamamışam. Amma atam adam kimi adam olub. Mən də bunu fəxrlə deyə bilirəm".

Müğənninin bu açıqlamasından sonra Akın yenə sakit durmayıb və Hadisə ilə illər öncə çəkilmiş şəklini səhifəsində yerləşdirərək "Haqsızam?" yazıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin