İniesta müsahibə verərkən tribuna uçdu - Yaralananlar var

14:26 16 May 2018

“Barselona”nın azarkeşləri ciddi xəsarət alıblar.

 

Sportarena.az xəbər verir ki, hadisə komandanın məşqi zamanı baş verib. Komandadan ayrılacağı dəqiqləşən Andres İnyesta müsahibə verərkən, yaxınlıqdakı tribuna çöküb.

 

Tribunada olan 18 nəfər azarkeş İnyestaya yaxın olmağa cəhd göstərirmiş. Onların hamısı müxtəlif dərəcəli xəsarət alıblar. Azarkeşlər xəstəxanaya yerləşdiriliblər.


Xəbər xətti