Bonuççi Premyer Liqa nəhənginin hədəfində

15:45 16 May 2018

İtaliya millisinin və “Milan”ın müdafiəçisi Leonardo Bonuççi karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, “Mançester Yunayted” arxa xətt futbolçusunun xidmətində maraqlıdı. Bu barədə məlumatı “Tuttosport” yayıb. Xəbərdə mankunianların baş məşqçisi Joze Mourinyonun 31 yaşlı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib.

 

“Milan”ın ötən yay “Yuventus”dan heyətinə cəlb etdiyi futbolçunu 42 milyon avrodan aşağı qiymətə satmaq fikri yoxdu.


Digər xəbərlər

Xəbər xətti