"Barselona" "Şaxtyor"un braziliyalısını hədəfə aldı

16:25 16 May 2018

“Barselona”nın növbəti transfer hədəfi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Donetsk "Şaxtyor”unun yarımmüdafiəçisi Fred Kataloniya klubunun maraq dairəsindədi. Bu barədə “El Mundo Deportivo” məlumat yayıb.

 

25 yaşlı futbolçunun çıxışı “Barselona”nın skautlarını razı salıb. Fredin keçidi orta xətdə İvan Rakitiç və Serji Busketslə rəqabət yaradılmasına hesablanıb. 

 

Qeyd edək ki, “Şaxtyor”un yarımmüdafiəçisi ilə “Mançester Yunayted”, “Mançester Siti” və PSJ də yaxından maraqlanır.


Digər xəbərlər

Xəbər xətti