"Kəpəz" "Neftçi" ilə oyuna hazırlaşır

22:07 16 May 2018

“Kəpəz” Topaz Premyer Liqasında cari mövsümün son oyununa hazırlığı Bakıda keçirir.

 

Sportarena.az xəbər verir ki, sonuncu – 28-ci turda evdə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” dünəndən qarşıdakı matç üçün məşqlərə başlayıblar. Komanda mayın 18-də Gəncəyə gələcək. “Kəpəz” həmin gün və ertəsi doğma meydanda keçirəcəyi çalışmalarla tarixi derbiyə hazırlığı başa vuracaq.


Xəbər xətti