Unai Emeri Premyer Liqa yolunda

10:52 17 May 2018

PSJ ilə yollarını ayıran Unai Emeri karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, ispan mütəxəssis “Vest Hem”in sükanı arxasına keçməyə əsas namizəd hesab olunur. Devid Moyesi istefaya göndərən klub rəhbərliyi növbəti həftə təcrübəli çalışdırıcı ilə danışıqlara başlayacaq. Yaxın 10 gün ərzində Emerinin təyinatının açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, “Vest Hem”i çalışdırmağa digər namizədlər Paulo Fonseka və Rafael Benitesdir. Fonsekanın “Şaxtyor”la müqavilə müddətini uzatması, Benitesin isə illik 10 milyon avro tələb etməsi rəhbərliyi Emeri variantı üzərində dayanmağa vadar edir.


Digər xəbərlər

Xəbər xətti