Avropa Liqasının finalının ən yaxşısı o oldu

12:42 17 May 2018

Avropa Liqasının “Atletiko” və “Marsel” arasında final görüşünün ən yaxşısı “hindular”ın hücumçusu Antuan Qrizmann seçilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı UEFA yayıb. Oyunda komandasının 3:0 hesablı qələbəsinə iki qolla töhfə verən Qrizmann, final görüşünün ən yaxşısı hesab edilib.

 

27 yaşlı fransız hücumçu son avrokubok mövsümündə şans qazandığı 14 oyunda 8 qola imza atıb.

 

O, son Avroliqa mövsümündə meydana çıxdığı 8 matçda 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti