Ramil Şeydayevin klubunda istefa

14:52 17 May 2018

Türkiyə Super Liqasında baş məşqçi istefaları davam edir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin müqavilə ilə məxsus olduğu "Trabzonspor"un baş məşqçisi Rza Çalımbay "bordo-mavili" klubdan ayrılacağını açıqlayıb: "Klubla razılığa gəldik ki, yolları ayıraq. "Karabükspor"la matçdan sonra vəzifəmdən gedirəm".

 

Qeyd edək ki, 55 yaşlı mütəxəssis ötən ilin noyabr ayından "Trabzonspor"u çalışdırırdı.

 

Əlavə edək ki. hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Ramil Şeydayevin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti