"Qalatasaray" sabiq məşqçisinə məhkəmədə uduzdu - 7 milyon avro təzminat ödəyəcək

15:39 17 May 2018

“Qalatasaray” keçmiş baş məşqçisi Çezare Prandelliyə külli miqdarda təzminat verməli olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “Qalatasaray”ın 2014/15 mövsümündə komandanı 16 rəsmi oyuna çıxaran, daha sonra isə istefaya göndərilən italyan mütəxəssisə 7 milyon avro məbləğində təzminat verməli olduğu qeyd edilib.

 

Belə ki, klubdan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən 60 yaşlı mütəxəssisin tələbinə müsbət cavab verilib. CAS-ın qərarına əsasən, “cim-bom” sabiq baş məşqçisinə 7 milyon avro ödəməli olacaq.


Xəbər xətti